“Fənərbaxça"nın ciddi itki ilə üzləşdiyi açıqlanıb. Futbolinfo.az xəbər verir ki, Super Liqanın son turunda "Əskişəhərspor"la oyunda zədələnən Piyer Vebo barədə dəqiq məlumat verilib.
Görüşün 34-cü dəqiqəsində ayağından zədə alan kamerunlu futbolçunun 3 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir. Bu müddətdə onu Dirk Kuyt və Musa Sou əvəzləyəcək.
Qeyd edək ki, "Fənərbaxça"nın digər hücumçusu Emanuel Emenike də zədəlidi.





