“İnter”in əvəzedici heyəti 4 yeni futbolçuyla müqavilə imzalayıb. Futbolinfo.az xəbər verir ki, MOİK klubunun üzvü Eyyub Əliyev bu komandada icarə əsasında oynayacaq.
 
Gənc qapıçıyla müqavilənin müddəti cari mövsümün sonunədəkdi. Qalan 3 futbolçu “İnter”in U-17 və U-19 komandalarında oynayan Teymur Kamal, Nəriman Hüseynov və Kərim Əliyevdi. Bu oyunçularla müqavilənin müddəti isə 3 ildi.
 
Qeyd edək ki, bu qış "İnter" 5 futbolçuyla yollarını ayırdı. Belə ki, əvəzedici heyəti Rəsul Teymurxanlı, Fuad İslamzadə, Fuad Cəlilov və Elvin İsmayılov tərk etdilər.
 
Əlavə edək ki, klub yeni futbolçuların adlarını PFL-ə təqdim edib və onlar komandanın növbəti oyunlarında meydana çıxa biləcəklər.
Shares: