Ötən gün “Latsio”nun prezidenti Klaudio Lotitonun jurnalistlərin gözü qabağında ölüm təhdidi aldığını xəbər vermişdik. İtaliyalı bu təhdidi azarkeşlər tərəfindən aldığı məlum olub.
 
Futbolinfo.az xəbər verir ki, tərəfdarlar onu “Qalatasaray”ın hücumçusu Burak Yılmazı ala bilmədiyinə və Ernanesi “İnter”ə satdığına görə hədələyib. Bunu Lotito özü də təsdiq edib:
 
"Əvvəlcə  Hernanesin "İnter"ə satılmasından sonra mənə ölüm təhdidləri gəlməyə başladı. Burak Yılmazın transferini reallaşıdıra bilmədiyim üçün isə bu təhdidlər daha da artdı. İstefa verməyi düşünürəm".
Shares: