Topaz Premyer Liqasının 20-ci turunun "Xəzər Lənkəran" – "Neftçi" matçında qonaq komanda hesabda öndə olsa da, "ağ-qaralar"ın baş məşqçisi Böyükağa Hacıyev hakimlikdən çox narazıdı. Futbolinfo.az xəbər verir ki, o, az qala hər epizoda görə öz etirazını bildirir.
Hacıyev bir epizodda 4-cü hakimə yaxınlaşıb öz etirazını dilə gətirdi. "Neftçi"nin çalışdırıcısı hətta baş hakim Rəhim Həsənovun ünvanın söyüş göndərməkdən də çəkinmədi və bunu əksəriyyət aşkar eşitdi.
Fasilə zamanı isə Hacıyev hakimlərin qarşısını kəsərək onlara öz etirazını bildirdi.
CAVAD, LƏNKƏRAN





