İngiltərənin "Arsenal" klubunun azarkeşləri etiraz kompaniyasına başlayıb. Futbolinfo.az xəbər verir ki, fanatlar komandanın mövsümün əvvəlində transfer etdiyi Məsut Özilin son çıxışlarını bəyənmədiklərini göstərməyə çalışıblar.
 
Onlar bunun üçün “Where is Özil?” (Özil, haradasan?) yazılı karikatura düzəldərək bu şəkli sosial şəbəkələrdə yaymağa başlayıblar.
 
Qeyd edək ki, alman yarımmüdafiəçi xüsusilə son turda “Arsenal”ın “Liverpul”a 1:5 hesabı ilə məğlub olduğu matçda buraxdığı səhvlərlə diqqət çəkmişdi.
Shares: