FİFA-nın qərarına əsasən "Neftçi" sabiq məşqçisi Mehmet Aka 42 min avro təzminat ödəyəcək. Futbolinfo.az xəbər verir ki, ali futbol qurumu bu qərarı Akın "Neftçi" ilə bağlı şikayətindən sonra verib.
 
Məsələ ilə bağlı Bakı klubunun vitse-prezidenti Tahir Süleymanov bunları bildirib: "Azərbaycana əcnəbi məşqçilər, futbolçular gəldikdə, hamısı hüquqi baxımdan nizamlanır. Amma çox təəssüf ki, ölkədən çıxandan sonra Azərbaycan klubları haqqında yalnış təəssürat oyadaraq, FİFA-ya müraciət edirlər. Həmin müraciətlərdən biri də hər zaman "Neftçi"ni tərifləyən Mehmet Ak tərəfindən olmuşdu. FİFA qarşısında astronomik bir məbləğ – 325 min dollarlıq təzminat məsələsi qaldırmışdı. Biz "Neftçi" klubu olaraq uzun müddət bu yöndə hüquqlarımızı qoruduq. Bu məbləğ 42 min dollara endirildi. Bu isə "Neftçi"nin qələbəsi deməkdi. Həmin məbləğ də ödəniləcək. 325 minlə arada olan fərqi müzakirə etsək, bu, "Neftçi"nin qalib gəlməsidi. Gələcəkdə də Azərbyacana gələn əcnəbi məşqçi və futbolçu bilməlidi ki, "Neftçi" və digər klublar öz hüquqlarını müdafiə edə bilirlər. Astronomik bir məbləğdən söhbət gedə bilməz. FİFA bu işdə obyektivliyi qoruyaraq bir qərar çıxardı".
Shares: