Madrid "Real"ının prezidenti Florentino Perezlə komandanın baş məşqçisi Karlo Ançelotti arasında narazılıq yaranıb. Futbolinfo.az xəbər verir ki, bu iddia ilə İspaniya mediası çıxış edib.
 
Xəbərə görə, Perez italyan mütəxəssisdən gənc futbolçular – İsko və Asyer İlyaramendiyə daha çox şans verilməsini istəyib. Ançelotti isə klub prezidentinə komanda ilə bağlı işlərə qarışmamsını istəyib. O, hətta bu futbolçuları yüksək məbləğə istəyən olarsa, satmaq lazım olduğunu bildirib.
 
Bu mübahisənin nə dərəcədə reallığa uyğun olub-olmadığı qarşıdakı günlərdə üzə çıxacaq.
Shares: