Almaniyanın "Bavariya" klubu möhtəşəm uğura imza atıb. Futbolinfo.az xəbər verir ki, “pivəçilər” Bundesliqa tarixinin ən böyük sponsorluq anlaşmasına imza atıb.
 
Hazırda klubun stadionunun ad haqlarına sahib olan "Allians" şirkəti həm də səhmdara çevrilib. Sığorta şirkəti “Bavariya”nın hissələrinin 8.33 faizini almaq üçün düz 110 milyon avro ödəyib. Bununla da “Allianz” "Adidas" və "Audi"dən sonra "pivəçilər"in üçüncü ən böyük tərəfdaşı olub.
 
Qeyd edək ki, "Adidas" “Bavariya”da 10, “Audi” isə 9.09 faiz səhmə sahibdi.
Shares: