Qış transfer pəncərəsi zamanı Türkiyənin “Fəthiyəspor” klubuna keçidi gözlənilən “Bakı”nın hücumçusu Nurlan Novruzovun bu istəyi baş tutmayıb. Futbolinfo.az xəbər verir ki, gənc forvardın Türkiyə klubuna keçməsinə paytaxt klubu mane olub.
 
Novruzovun qardaş ölkəyə getməsi üçün lazım olan sənədlər verilməyib. Belədə “Fəthiyəspor”un düşərgəsində olan futbolçu geri dönməyə məcbur olub. Hətta o, geri döndükdən sonra “Bakı” ilə müqaviləsinin müddətini 4 il də artırıb. Müqaviləyə əsasən Novruzov 2018-ci ilə qədər “zolaqlılar”ın şərəfini qoruyacaq.
 
Əldə etdiyimiz məlumata görə, hücumçu hazırda əvəzedici heyətdə Milinko Pantiçin verdiyi proqram əsasında məşq edir.
Shares: