“Qalatasaray”ın təcrübəli müdafiəçisi Hakan Balta zədələnib. Futbolinfo.az xəbər verir ki, bu haqda klubun rəsmi saytı məlumat yayıb.
Son 4 matçda start heyətdə yer alan və inamlı oyunu ilə seçilən futbolçunun əzələsi dartılıb. 30 yaşlı müdafiəçinin müalicəsinə dərhal başlanılıb. Onun nə vaxt tam sağalacağı ilə bağlı hələ ki, məlumat verilməyib.
Qeyd edək ki, Hakan 2007-ci ildən “Qalatasaray”ın şərəfini qoruyur.





