Mövsümün sonunda Robert Levandovski ilə yollarını ayıracaq Dortmund “Borussiya”sı onun yerini doldurmaq üçün indidən çalşmalara başlayıb. Futbolinfo.az xəbər verir ki, polyak qolçunun "Bavariya" ilə ön sözləşmə imzalamasına mane ola bilməyən forvardın yerini hazırda elə Bundesliqada çıxış edən biri doldura bilər.
 
Almaniya mediasının məlumatına görə, baş məşqçi Yurgen Kloppun əsas namizədi "Herta"da çıxış edən Adrian Ramosdu. Cari mövsüm Almaniya çempionatında 14 qolla bombardirlik yarışında birinci olan 28 yaşlı forvardın "Herta" ilə müqaviləsi 2015-ci ildə qüvvədən düşəcək. Buna görə də, “Boirussiya” kolumbilyalını yayda “Siqnal İduna Park”a gətirmək üçün 10 milyon avrosundan keçməyə hazılrdı.
Shares: