Topaz Premyer Liqasının 21-ci turunda "Rəvan" səfərdə "Sumqayıt"ın qonağı olacaq. Futbolinfo.az xəbər verir ki, bu oyunda meydan sahibləri qalib gələrsə, autsayder mövqeyindən qurtulacaq, qonaq komanda qalib gələcəyi təqdirdə xal fərqini artıracaq.
Bayıl klubunun baş məşqçisi Güvənç Kurtar autsayderlərin dueli haqda fikirlərini bildirib. Türkiyəli mütəxəssis saytımıza açıqlamasında bunları dilə gətirib: "Komanda son 2 oyunda özünü yaxşı tərəfdən göstərdi. Qarşıda "Sumqayıt"la oyunumuz var. Düşünürəm ki, asan matç olmayacaq. "Sumqayıt" da döyüşkən komandadı. Hər iki tərəf meydanı qalib tərk etməyə çalışacaq. İnşallah, qalib gələrək 3 xalı qazanarıq. Mişel Balokoqun cəzası bitdi. O "Sumqayıt"la qarşılaşmada bizə kömək edəcək. Aramızda bir xal fərq var. Yəqin ki, bu xal fərqini artıracağıq".





