Futbol üzrə Türkiyə kubokunda A qrupunun 6-cı turunun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Cihan Özkaranın komandası “Sivasspor” səfərdə “Əskişəhərspor”la qarşılaşıb.
 
Futbolçumuzun komandası bu oyunda da 0:1 hesabı ilə məğlub olub. Özkara əsas heyətdə meydana çıxıb. Lakin baş məşqçi Roberto Karlos 63-cü dəqiqədə onu başqa futbolçu ilə əvəzləyib.
 
Qeyd edək ki, “Sivasspor” 3 xalla qrup sonuncusu olub.
Shares: