Futbol üzrə İtaliya Kubokunda yarımfinal mərhələsinin oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, ötən gecə daha bir görüş baş tutub.
"Napoli" doğma meydanda "Roma" ilə qarşılaşıb. İlk görüşdə məğlub olan Neapol klubu azarkeşləri qarşısında qazandığı inamlı qələbə sayəsində adını finala yazdırıb.
Beləliklə, İtaliya Kubokunun finalında "Fiorentina" ilə "Napoli" qarşılaşmalı olacaq.
İtaliya Kuboku
Yarımfinal (cavab oyunları)
11 fevral
Fiorentina – Udineze – 2:0 (ilk oyun – 1:2)
12 fevral
Napoli – Roma – 3:0 (ilk oyun – 2:3)





