İtaliyada maraqlı hadisə yaşanıb. "Latsio"nun yeni transferi Jozef Minala yaşının düzgün olmadığını açıqlayıb. Futbolinfo.az xəbər verir ki, müqavilə imzalayarkən rəsmi olaraq onun 17 yaşı olduğu qeyd edilsə də, Minala hazırda 41 yaşda olduğunu etiraf edib:
"Мənim yaşım 17 deyil. Təcili olaraq müqavilə imzalayıb, Afrikada qalan ailəmə pul göndərmək lazım idi. Avqustda 42 yaşım tamam olacaq. Ümid edirəm ki, "Latsio"da qalacam".
Qeyd edək ki, qaradərili futbolçunun xarici simasından onun yaşını müəyyən etmək mümkün olmayıb.





