"Qalatasaray"ın təcrübəli futbolçusu Hamit Altıntop uzun müddətdən sonra ilk dəfə yaşıl meydanalara qayıdıb. Futbolinfo.az xəbər verir ki, türkiyəli yarımmüdafiəçi dünən "Antalyaspor"la ölkə kuboku çərçivəsində keçirilən matçda meydana çıxıb.
31 yaşlı oyunçu 67-ci dəqiqədə Umut Gündoğanın yerinə meydana çıxıb. Bununla da Hamit 166 gündən sonra ilk dəfə “sarı-qırmızı” formanı kürəyinə keçirib.
Qeyd edək ki, Altıntop sonuncu dəfə Türkiyə Super Liqasının 3-cü turunda "Əskişəhirspor"la matçda meydana çıxmışdı.





