"Mançester Yunayted"in sabiq futbolçusu Roy Kin komandasının uğursuz çıxışını şərh edib. Futbolinfo.az xəbər verir ki, irlandiyalı MY-nin zəif oyunundakı günahkarın sabiq çalışdırıcı Aleks Ferqyusson olduğunu deyib.
O, şotlandiyalı mütəxəssisi ötən yay klubda ayrılarkən transferlər etməməkdə günahlandırıb: "Ferqyussonun MY-də işlədiyi vaxt ən azı 5 yeni futbolçuya ehtiyac var idi. Ancaq o, ötən il lazım olan transferlər etmədi. Bu isə yeni baş məşqçi Devid Moyesə çətinlik yaratdı. Komandanın hazırkı heyəti Premyer Liqada liderlik uğrunda mübarizə aparmaq üçün lazımi səviyyədə deyil. Bu səbəbdən Moyesə komandanı yenidən qurmaq üçün vaxt verilməlidi".





