Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Ruslan Abışovun çıxış etdiyi “Rubin” klubu yeni baş məşqçi sifariş edib. Futbolinfo.az xəbər verir ki, Kazan təmsilçisi Rusiya çempionatında iştirak üçün Vladimir Maminovu baş məşqçi, bir müddət öncə baş məşqçi təyin olunan Rinat Bilyaletdinovu isə əsas məşqçi qismində elan edib.
 
Qeyd edək ki, bu addımın səbəbi Bilyaletdinovun baş məşqçi səlahiyyəti verən PRO lisenziyasının olmamasıdı. Məhz bu üzdən klub rəhbərliyi müvafiq vəzifəyə formal olaraq Maminovu təyin etmək məcburiyyətində qalıb. Amma əslində Bilyaletdinov məşqçi qərargahına rəhbərliyi davam etdirəcək.
Shares: