“Trabzonspor” Mustafa Reşit Akçayın göndərilməsindən sonra boş qalmış baş məşqçi postuna sabiq çalışdırıcısını gətirmək istəyir. Futbolinfo.az xəbər verir ki, söhbət Akçaydan öncə komandanın başında olan Şenol Günəşdən gedir.
Artıq klub rəhbərliyi təcrübəli mütəxəssislə danışıqlara başlayıb. Onunla görüşən prezident İbrahim Hacıosmanoğlu bu sözləri deyib: "Onunla 3 saata yaxın danışıqlarımız oldu. Günəşin bəzi tərəddüdləri var. Ancaq bunları həll edəcəyimizə inanıram. Ona "gəl, komandanın başçısı ol, heç kəs işinə qarışmayacaq" dedim. İlk addımı atmışıq. İnşallah, o da təklifimizi qəbul edər".
Xatırladaq ki, Günəş daha əvvəl iki müxtəlif dövrdə 2005 və 2009-2013-cü illərdə də “Trabzonspor”un baş məşqçisi olub.





