PSJ Çempionlar Liqasının 1/8 final mərhələsinə ciddi itki ilə çıxacaq. Futbolinfo.az xəbər verir ki, fevralın 18-də Leverkuzen “Bayer"i ilə qarşılaşacaq Paris təmsilçisinin qolçusu Edinson Kavani zədələnib.
 
Fransa mətbuatının məlumatına görə, uruqvaylı məşq zamanı xəsarət alıb. Ombasından zədə alan forvardın azı iki həftə yaşıl meydanlardan kənarda qalacağı gözlənilir. Bu isə Edinsonun ÇL-in 1/8 final matçına çıxa bilməyəcəyini göstərir.
 
Qeyd edək ki, Kavani ötən yay “Napoli”dən 64 milyon avro qarşılığında PSJ-yə tyransfer olunmuşdu.
Shares: