Hazırda Premyer Liqanın 21-ci turunun açılış oyununda Zaqatala şəhər stadionunda "Simurq" doğma azarkeşlər önündə "İnteri"i qəbul edir. Futbolinfo.az saytının Zaqatalaya ezam olunmuş müxbirinin verdiyi məlumata görə, ilk hissənin sonlarında yerli komandanın heyətində gözlənilmədən dəyişiklik baş vermişdi.
Belə ki, matçın 36-cı dəqiqəsində "sarı-qaralar"ın üzvü Murad Səttarlı ayaq damarını dartdığına görə Rəşad Eyyubovla əvəzləndi. Zədə səbəbi ilə meydandan çıxdıqdan sonra Səttarlı komandasınının çıxışını arenanın şərhçi otağından izləməyə başlayıb.





