“Qalatasaray”ın adı yeni bir ulduzla hallanır. Futbolinfo.az xəbər verir ki, Türkiyə mətbuatı "Mançester Siti"nin müdafiəçisi Matiya Nastasiçin karyerasını “Cim-Bom”da davam etdirə biləcəyini yazıb. İddialara görə, "sarı-qırmızılar” futbolçuyla yaxından maraqlanır.
Onun transferində İstanbul nəhənginin baş məşqçisi Roberto Mançini şəxsən maraqlıdı. Nastasiç məhz italiyalı mütəxəssisin istəyi nəticəsində 2012-ci ildə "Fiorentina"dan Mançester klubuna keçmişdi.





