İspaniya Kral Kubokunun yarımfinalın matçında "Real"ın forvardı Kriştianu Ronaldonun başına alışqan ataraq onu yaralayan "Atletiko" azarkeşinin cəzası müəyyənləşib. Futbolinfo.az xəbər verir ki, İspaniya Futbol Federasiyası (İFF) Madrid klubunun tərəfdarını elə də ağır cəzalandırmayıb.
 
Azarkeş cəmi 600 avro cərimə ilə məsuliyyətdən azad olacaq.
 
Qeyd edək ki, tərəfdarın stadiona giriş qadağası ilə cazalandırılacağı gözlənilirdi.
Shares: