Topaz Premyer Liqasının 21-ci turu çərçivəsində "Sumqayıt" doğma meydanda "Rəvan"la münasibətlərinə aydınlıq gətirir. Futbolinfo.az xəbər verir ki, ilk hissədən sonra hesab bərabərdi – 1:1.
 
Bu qarşılaşmanı izləyənlər arasında AFFA-nın baş katibi Elxan Məmmədov da var. Onunla yanaşı 21 yaşadək futbolçulardan ibarət yığmamızın baş məşqçisi Bernard Lippert də matçı canlı izləyir. Onlar "Rəvan"ın vitse-prezidenti Bəhruz Şirəliyev və "Sumqayıt"ın prezidenti Kamran Quliyevlə birgə matça baxırlar.
 
Qeyd edək ki, Məmmədov bu oyundan öncə "Bakı" – "Neftçi" matçını da canlı izləmişdi.
Shares: