Belçikanın “Lokeren” klubunun üzvü Qriqori Mertensin oyun vaxtı ürəyi dayanıb. Futbolinfo.az xəbər verir ki, matçın 25-ci dəqiqəsində özündən gedən və yerə yıxılan futbolçu dərhal xəstəxanaya aparılıb. 
Məyusedici olay “Lokeren”lə “Genk”in əvəzedici komandalarının oyununda yaşanıb. Hadisədən sonra hakim matçı təxirə salıb. Futbolçunun vəziyyəti isə ağır olaraq qalmaqdadı. Hazırda o, koma vəziyyətindədi.
Qeyd edək ki, cari mövsüm “Lokeren” formasıyla 18 qarşılaşmaya çıxan Mertens Belçika U-21 millisinin də üzvüdü.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp