Ötən gün Topaz Premyer Liqasında 32-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, “Neftçi” öz meydanında “Sumqayıt”ı qəbul edib. Qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb. Matçdan sonra “ağ-qaralar”ın yarımmüdafiəçisi Samir Məsimov jurnalistlərin suallarını cavablayıb:
– İlk olaraq qarşılaşma ilə bağlı fikirlərnizi öyrənmək istəyərdik…
– “Sumqayıt” sona qədər vuruşan komandadı. Rəqibə qarşı lazımı qədər hazırlaşmışdıq. Bəlkə də, qırmızı vərəqə olmasaydı, biz matçı qalib kimi də başa vura bilərdik. Hazırkı nəticə bizi qane etmir.  
– “Neftçi” ikinci hissədə, sanki, qol vurmağa cəhd göstərmirdi…
– Əsas odu ki, məlub olmadıq. 2-ci hissədə hücuma atılsaydıq, 3-cü qolu da buraxa bilərdik. Amma yaxşı oldu ki, hesabı bərabərləşdirə bildik. 
– Demək olarmı ki, “Neftçi”nin bəxti gətirdi?
– Bu, futboldu hər şey baş verə bilər. Bəxt amilindən söhbət gedə bilməz. Biz öz oyunumuzu oynayırdıq. Bəxtimiz gətirmədi ki, qırmızı vərəqə aldıq. 
– 2-ci qol vurulan zaman topa toxuna bildinizmi? Kənardan bunu görmək bir az çətin idi…
– Vobay ötürmə verəndə ayağımın içi ilə topa toxundum. 
– Rəqib komanda “Neftçi”nin müdafiə xəttini asanlıqla yarırdı…
– Futbolda səhvlər hər zaman olur. Deməzdim ki, müdafiə xəttimizi asanlıqla keçirdilər. Heyətdə bir sıra gənc futbolçular çıxış edirdi. Onlardan biri də Rahil Məmmədovdu. O da bizim “Neftçi”nin yetirməsidi.
– Belə oyunla finalda “Qarabağ”ı udmaq mümkündümü?
– Çempionat oyunu ilə kubok matçları fərqlidi.Həmçinin, rəqiblər arasında da çox fərq var. Məncə, finalda fərqli bir oyun olacaq.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp