Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin 5-ci tur oyunları ilə bağlı cəzalar açıqlanıb.  
“Zirə”  – “Rəvan” matçında oyunöncəsi iclasda ev sahiblərinin nümayəndəsi iştirak etmədiyinə görə klub 1000 manat cərimə olunub. Bundan əlavə, Zirə təmsilçisi həmin matçda yaş limitini pozduğuna görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib. 
“Neftçi”  – “Xəzər Lənkəran” matçında ev sahibi komandanın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp