Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan çempionatının 1-ci divizionunun II turun oyunları ilə bağlı cəzalar açıqlanıb.  
“Zaqatala” – “Şəmkir” matçında qonaqların 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün  hər iki klub 100 manat cərimə olunub.
“Bakılı” – “Energetik” matçının 59-cu dəqiqəsində qonaq komandanın futbolçusu Elvin Əlizadə idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klub 20 manat cərimə olunub.  
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp