“Qəbələ” klubunda yeni təyinat və sponsor müqaviləsi imzalanıb. Futbolinfo.az saytının məlumatına görə, kluba yeni kommersiya direktoru vəzifəsinə Mustafa Aztopal gətirilib.
 
“Qırmızı-qaralar” həmçinin Türkiyənin “Sarar” şirkəti ilə geyim sponsorluğu müqaviləsi imzalayıb. Bununla bağlı bu gün “Qafqaz Point” otelində mətbuat konfransı təşkil edilib. Konfransda Mustafa Aztopal və “Sarar” şirkətinin əməkdaşı ilə yanaşı, “Qəbələ”nin futbol direktoru Toni Adams və marketinq üzrə menecer söbəsinin müdiri Səməd Nəsibov da iştirak ediblər.
 
Konfransı açıq elan edən Nəsibov öncə yeniliklərlə bağlı danışıb: “Bu gün “Qəbələ” İdman Klubunun tarixində iki önəmli hadisə baş verib. Beynəlxalq brend olan “Sarar” firması ilə 2 illik sponsor müqaviləsi imzalayacağıq. Bu şirkət 5 qitədə, 51 ölkədə fəaliyyət göstərir. Bu da böyük keyfiyyət tələb edir. Futbolun inkişafında təkcə futbolçunun, məşqçinin, klubun xidməti yox, biznes şirkətlərinin və mətbuatın da böyük rolu var”. Daha sonra çıxış edən “Sarar” şirkətinin əməkdaşı Məsut Özün bu sponsorluqdan məmnun olduqlarını bildirib: “Biz 1996-ci ildən bərii Türkiyə millisinin əsas sponsoruyuq. “Beşiktaş” və “Qalatasaray”la da əməkdaşlığımız olub. O ki qaldı “Qəbələ”yə, bu komandanın Avropa Liqasının qrupundan növbəti mərhələyə adlayacağına əminik”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp