Bu gün Topaz Premyer Liqasında "İnter" öz meydanında "Kəpəz"i qəbul edib. Futbolinfo.az xəbər verir ki, oyundan sonra "Kəpəz"in baş məşqçisi Şahin Diniyev 1:0 hesablı məğlubiyyəti belə şərh edib:
 
“Əvvəla, bayramınızı təbrik edirəm. Gəncədən buraya gələn azarkeşlərə öz minnətdarlığımı bildirmək istərdim. Çox təəssüf ki, yaxşı oyuna xal verilmir. Mənim komandam indi layiqli yerdə deyil. Çempionatın gedişində öz yerimizi tutacağıq. Futbolçulara təşəkkürümü bildirmək istəyirəm. Maksimum oyun sərgilədilər. Sadəcə, bəxtsizlikdən bu oyunda məğlub olduq. Oyunçular arasında hələ ki anlaşılmazlıq mövcuddur. Zamana ehtiyacımız var. Bugün Prosineçki də oyunu izləyirdi.  İstərdim ki,  “Kəpəz” də milli üçün oyunçu yetişdirsin."İnter”i təbrik edirəm. Şansından maksimum yararlana bildilər. Amma mənim komandam bu oyunda daha yaxşı oynadı və məğlubiyyətə layiq deyildi".
(pfl.az)
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp