Topaz Premyer Liqasının 7-ci turu çərçivəsində keçirilən “İnter” – “Qarabağ” görüşündən sonra qonaqların baş məşqçisi Qurban Qurbanov mətbuat konfransı keçirib. Futbolinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis penalti epizodunda hakimin səhvə yol verdiyini bildirib:
– Çox ağır oyun idi. “Anderlext”lə oyunda uşaqlar çox yorulmuşdu. Həm fiziki, həm də psixoloji yorğunluq var idi. Bu səbəbdən bəzilərinə dincəlmək imkanı vermişdim. “İnter” çox maraqlı futbol sərgiləyir. Onların özünəməxsus dəst-xətti var. Liderlər sırasında qərarlaşıblar. Ancaq sevinirik ki, vacib 3 xalı qazandıq.
 
– Penalti epizodunu şərh etməyinizi istəyərdik…
– Penaltidə özüm şübhəli qaldım. Epizoda hakimdən daha yaxın idi. Oyundan sonra Reynaldodan da dəqiqləşdirdim. Etiraf etdi ki, penalti yox idi. Bizə bu cür qələbələr lazım deyil. Ancaq çox dərinə varmayaq. Bu cür hallar olur. Buna görə də qərara aldıq ki, penaltini vurmayaq. 
– Reynaldo və Almeydanı döyüşə atmağınız fasilədən sonra meydan sahiblərinin ərazi üstünlüyünə yiyələnməsindən qaynaqlanırdı, yoxsa bu futbolçuların tonusdan düşməməsi üçün atılan addım idi?
– Açığı, “Anderlext”lə çox güc sərf edən Reynaldo və Almeydanın meydana daxil olmasını istəməzdim. Amma rəqibin fəallaşması, bəzi oyunçularımızın təcrübəsizlikdən qüvvələrini düzgün bölə bilməməsi braziliyalıları oyuna daxil etməyimi şərtləndirdi.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp