"Barselona"nın futbolçusu Adriano klubdan ayrılmaq istəyir. Futbolinfo.az xəbər verir ki, braziliyalı müdafiəçi komanda ilə yeni müqavilə imzalamaq istəməyib.
Əsas heyətdə yer ala bilməyən 30 yaşlı oyunçu yanvar ayında İtaliyanın "Roma" klubuna transfer oluna bilər.
Qeyd edək ki, 2010-cu ilin iyulunda "Sevilla"dan katalon klubuna keçən Adriano İspaniya nəhəngi ilə 4+1 illik müqavilə imzalamışdı.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp