Premyer Liqaya yaxşı başlaya bilməyən və sonuncu sırada qərarlaşan"Rəvan” 2 futbolçu ilə yollarını ayırıb. Futbolinfo.az xəbər verir ki, paytaxt klubu mövsümlərarası fasilədə heyətinə qatdığı sierra-leoneli Samuel Barlay və özbəkistanlı Alibobo Raxmatullayevlə vidalaşıb.
Zəif çıxış etdikləri üçün məşqçilər korpusunun qərarı ilə heyətdən kənarlaşdırılan hər iki futbolçunun müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Eyd edək ki, Barlay yayda, Raxmatullayev isə bir neçə gün öncə "sarı-qırmızılar"la anlaşmışdı.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp