Avropa Liqasında “Qarabağ”ın rəqibi olan “Belçika”nın “Anderlext” klubunun kapitanı Silvio Proto yerli mətbuata açıqlama verib. Futbolinfo.az xəbər verir ki, təcrübəli qapıçı Bakıda təmsilçimizə uduzduqları oyundan sonra azarkeşlərlə aralarında yaranan mübahisədən danışıb. 
Proto bu məsələni çempionatın növbəti turunda həll edəcəklərini bildirib: “Bizi “Zulte Varegem”lə çətin oyun gözləyir. Amma bu matç bizim üçün olduqca vacibdir. Çünki Azərbaycanda azarkeşlərlə aramızda baş verənləri məhz bu matçda qələbə qazanmaqla unutdurmalıyıq. Əlimizdən gələni edəcəyik ki, onlar bizi bağışlasın”.
Qeyd edək ki, həmin oyun Ağdam təmsilçisinin1:0 hesablı qələbəsi ilə başa çatıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp