Topaz  Premyer Liqasının son turunda “Zirə”yə məğlub olan “Sumqayıt” hazırlıqlarını davam etdirir. Futbolinfo.az xəbər verir ki, “kimyaçılar”ın heyətində itki yoxdu.
Yalnız müxtəlif yaş milli komandalarımızın heyətində çıxış edən futbolçular hazırlıqlarda iştirak etmir. Bundan başqa, zədəli olan Amit Quluzadə və Bəxtiyar Həsənalızadə də artıq yüngül məşqlərə başlayıb. Onların növbəti turda “Rəvan”la oyuna kimi hazır olacağı gözlənilir.
Qeyd edək ki, “Rəvan” – “Sumqayıt” matçı noyabrın 22-də, “Bayıl Arena”da start götürəcək.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp