Hamza Hamzaoğlu ilə yollarını ayıran “Qalatasaray” rəhbərliyi yeni baş məşqçi axarışındadı. Futbolinfo.az xəbər verir ki, artıq bu posta namizədlər də var.
Yerli mətbuatın yazdığına görə, “sarı-qırmızılar” Hamzaoğlunun yerinə “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi  Mustafa Dənizlini gətirmək fikrindədi. Hətta tərəflər arasında danışıqların olduğu və 66 yaşlı mütəxəssislə ilkin razılıq əldə edildiyi iddia olunur. 
Bundan əlavə, almaniyalı Kristof Daumla və yerli mütəxəssis Tolunay Kafkasın da adı İstanbul təmsilçisi ilə yanaşı hallanır.
Qeyd edək ki, Türkiyə Superliqasının növbəti turunda “Antalyaspor”la matçda komandaya qapıçılar üzrə məşqçi Klaudio Taffarel rəhbərlik edəcək.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp