Almaniyanın Şimal-Şərq Regional Liqasında mövsümün sonuncu – 34-cü turunun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovun klubu – "Moyzelvits" də sonuncu matçına çıxıb.

Sözügedən komanda doğma meydanda "Budissa Bautzen"lə qarşılaşıb. Futbolçumuzun klubu bu oyundan qələbə ilə ayrılıb – 4:1.

Start heyətdə meydana çıxan Dadaşov yenə sonadək oynayıb.

"Moyzelvits" mövsümü 44 xalla 18 komanda arasında 14-cü pillədə başa vurub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp