Futbol üzrə Qazaxıstan yığmasının baş məşqçisi Stanimir Stoilov iyunun 5-də Astanada Azərbaycan millisinə qarşı keçirəcəkləri yoxlama görüşündən danışıb.

Futbolinfo.az xəbər verir ki, bolqarıstanlı mütəxəssis Qazaxıstan mətbuatına açıqlamasında bunları söyləyib:

“Vəziyyəti düzgün qiymətləndirmək, oyunçuları təhlil etmək və doğru taktikanı seçmək üçün vaxt lazımdı. Müsbət nəticə dərhal ola da bilər, olmaya da. Azərbaycana qalib gələcəyimizə heç kim zəmanət verə bilməz. Bu görüşdə fəal hərəkət etməli və aqressiv şəkildə oyunumuza yeni şeylər qatmalıyıq. Yeni taktiki gedişlər axtarırıq. Azərbaycanla oyuna hələ bir aydan çox vaxt var. Çempionat oyunlarına baxmağa, düşünməyə davam edəcəyik. Özünü yaxşı tərəfdən göstərən olsa, 1-2 gənc futbolçu çağırıb, oynatmaq istərdim”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp