İtaliya çempionu “Yuventus” növbəti transferini rəsmiləşdirmək üzrədi.

Futbolinfo.az xəbər verir ki, Turin klubu A Seriyasının digər təmsilçisi “Cenoa”nın müdafiəçisi Kristian Romeronu heyətinə qatır. 

Klubun rəsmi saytının yaydığı məlumata görə, 21 yaşlı futbolçu artıq tibbi müayinədən keçmək üçün Turinə gəlib. Bundan sonra argentinalı futbolçu ilə rəsmi müqavilənin imzalanacaq. Gənc futbolçu ilə 5 illik müqavilə nəzərdə tutulub. Turin klubunun Romero üçün “Cenoa”ya 15-20 milyon avro təzminat ödəyəcəyi iddia olunur. Amma futbolçu icarə əsasında yenidən “Cenoa”ya göndəriləcək.

2018-ci ildən “Cenoa”nın şərəfini qoruyan Romero, geridə qalan mövsümdə iştirak etdiyi 29 oyunda 2 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp