Türkiyənin “Yeni Malatyaspor” klubunun üç üzvündə koronavirus aşkarlanıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə, komandanın 3 məşqçisinin virusa yoluxduğu bildirilib.

Virusa yoluxanların adları açıqlanmayıb və onlar karantinə alınıblar.

Daha öncə bu komandanın 3 futbolçusunda da koronavirus aşkarlandığı açıqlanmışdı.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp