“Tottenhem”in futbolçusu Qaret Beyl zədələnib.

Futbolinfo.az xəbər verir ki, bu barədə London təmsilçisinin baş məşqçisi Joze Mourinyo yerli mətbuata açıqlamasında deyib.

Uelsli hücumçu İngiltərə Liqa kubokunun 1/4 final mərhələsi çərçivəsində “Stok Siti”yə qarşı keçirilən oyunda zədələnərək, 46-cı dəqiqədə Son Hın Minlə əvəzlənib.

Qaret Beylin son durumu tibbi müayinədən sonra bilinəcək.

“Tottenhem” “Stok Siti”ni məğlub edərək (3:1) yarımfinala yüksəlib. Londonlular bu mərhələdə “Brentford”la qarşılaşacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp