Qadın futbolçular arasında keçirilən dünya çempionatının seçmə mərhələsinin Almaniya – Serbiya matçında xoşagəlməz hadisə yaşanıb.

Futbolinfo.az xəbər verir ki, qarşılaşmanın 30-cu dəqiqəsində ingiltərəli yan xətt hakimi Elen Edvards huşunu itirib. O, həkimlərim ilkin müdaxiləsindən sonra özünə gəlsə də, işinə davam edə bilməyib.

Xəstənaya çatdırılan Elenin vəziyyəti sabitdir.

Almaniya – Serbiya matçı 5:1 hesabıyla bitib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp