Çexiya ikinci liqasında çıxış edən “Viktoriya”nın (Jijkov) azərbaycanlı futbolçusu Fərid Nəbiyevin futbolinfo.az saytına müsahibəsi

  • Çexiyada işlərin necə gedir?
  • Ümumi götürsək, hər şey qaydasındadır. Amma komandanın vəziyyəti yaxşı deyil. Nəticələr ürəkaçan deyil.
  • Nəticələrə görə vəziyyətdən gileylənirsən, yoxsa maddi problemlər də var?
  • Maddi problemlər də var. O da müəyyən qədər rol oynayır. Amma həm də komanda çempionata hazır görünmür. Ona görə də məğlubiyyətlərimiz çoxdur. Mövsümü çox uğursuz keçiririk.
  • Start heyətdə meydana çıxırsan, hətta mövsümdə qol da vurmusan. Yuxarı liqadan heç təklif olmayıb?
  • Təklif olanda menecerimlə əlaqə saxlayırlar. O, müzakirə edir və sonra mənimlə danışır. Ümumiyyətlə, bu mövzuda söhbətlərimiz olmayıb. Açığı, özüm bu barədə çox düşünmürəm. Çünki daha çox matçlara köklənirəm, daha çox oynamaq, özümü göstərmək istəyirəm. Bu halda yüksək liqadan da təklif gələcək.
  • Çexiya ikinci liqası Azərbaycan çempionatı ilə müqayisədə güclüdür?
  • Fərqli liqalardır. Azərbaycanda daha çox texniki oyuna üstünlük verilir, futboçuların texniki göstəriciləri əsas rol oynayır. Amma burada hər şey fərqlidir. Daha çox uzun ötürmələrdən istifadə olunur, meydanda mübarizə daha çox olur.
  • Sənin üçün orda oynamaq rahatdır, ya düşünürsən ki, təkliflər olsaydı, gedərdim…
  • Müqaviləm cari mövsümün sonunda başa çatacaq. Düşünürəm ki, o vaxta kimi təkliflər gəlsə, müzakirə edərəm, burdan gedə bilərəm. Olmasa da, yayda müqavilə bitəndə “Viktoriya”dan ayrılmağı düşünürəm.
  • Azərbaycan çempionatın izləyirsən? Vaxtın olur oyunlara baxmağa?
  • Vaxt olan kimi Azərbaycan çempionatının oyunlarına baxıram. Demək olar ki, 70 faiz matçlara baxmışam.
  • Kimin çempionluq şansını çox görürsən?
  • Çempionatın əvvəli olduğu üçün nəsə demək çətindir. Amma ümumi mənzərəyə baxsaq, “Qarabağ” daha hazırlıqlı komandadır. Amma istəyərdim ki, “Qəbələ” çempion olsun. Mənim doğma komandamdır.
  • Milli komandanın matçlarını izlədin? Səncə, niyə bərbad nəticələr oldu?
  • Millidən danışmaq istəmirəm. Çünki məğlubiyyətlərin səbəbini də komandada olanlar bilər.
  • Xaricdə çıxış edirsən, müntəzəm oynayırsan, amma yığmaya dəvət almırsan…
  • Düzü, heç vaxt buna üzülməmişəm. Çünki lazım olsam, düşünürəm ki, məşqçilər məni milliyə dəvət edəcəklər. Olmasa da, çağırmayacaqlar.
  • Millinin baş məşqçisi Canni De Byazi heç səninlə əlaqə qurub?
  • Yox.

AĞA

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp