Futbol üzrə Türkiyə Super Liqasında 24-cü turun oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, şənbə günü dörd qarşılaşma baş tutub.

“Qaziantep” doğma meydanda “Sivasspor” üzərində darmadağına sevinib. “Fatih Karagümrük” isə “Yeni Malatyaspor”u məğlub yola salıb.

Lider “Trabzonspor”un bu turdakı rəqibi “Kasımpaşa” olub. Trabzon təmsilçisi də 3 xalı tək qolla qazanıb. Turun mərkəzi görüşündə “Fənərbaxça” “Başakşəhər”lə üz-üzə gəlib. İstanbul təmsilçilərinin duelində qonaqlar minimal hesabla üstün olublar.

Türkiyə Super Liqası
24-cü tur

4 fevral

Konyaspor – Girəsunspor 1:0
Qol: Byutyuqi, 65.

Kayserispor – Hatayspor 4:3
Qol: İ.Akdağ, 25-pen. Mane, 49. Bassan, 61. U.Dəmirok, 68 – Luis, 51. Falette, 70. F.Kurucuk, 90+4.

5 fevral

Qaziantep – Sivasspor 5:1
Qol: Djilobodji, 6; 41. M.Dəmir, 12. Maksim, 70-pen. F.Soyalp, 76 – Qotas, 29.

Trabzonspor – Kasımpaşa 1:0
Qol: Vişça, 6.

Fatih Karagümrük – Yeni Malatyaspor 1:0
Qol: S.Dursun, 63.

Fənərbaxça – Başakşəhər 0:1
Qol: B.Özcan, 61.

6 fevral

17:00 Alanyaspor – Qalatasaray
17:00 Rizəspor – Adana Dəmirspor
20:00 Beşiktaş – Antalyaspor
20:00 Göztəpə – Altay

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp