Futbol üzrə Azərbaycan I Liqasında 4-cü tur start götürdü. Turun açılış matçında “Zaqatala” doğma meydanda “Karvan” klubu ilə qarşılaşdı.

Futbolinfo.az xəbər verir ki, bu matç iki futbol komandasının dueli ilə yanaşı əkiz qardaşın fərqli komandalarda bir-birlərinə rəqib olması ilə də diqqət çəkdi. Belə ki, “Karvan”da forma geyinən qabonlu mərkəz müdafiəçi Ondo Uensley “Zaqatala”da hücumçu mövqeyində çıxış edən əkizi Ondo Uorrenlə üz-üzə gəldi.

2:2 hesabı ilə bitən matçda Uensley qardaşını sevindirdi. Belə ki, “Karvan”ın üzvünün avtoqolu qardaşının komandası üçün göydəndüşmə oldu.

Qarşılaşmadan sonra görüşən qardaşlar şəkil də çəkdirdi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp