“Qarabağ” Misli Premyer Liqasında növbəti oyununu bu gün keçirəcək.

Futbolinfo.az xəbər verir ki, sözügedən komanda 2-ci dövrənin açılış matçında meydana çıxacaq.

Qurban Qurbanovun yetirmələri 10-cu turun ilk günündə “Turan Tovuz”la görüşəcək. Tovuz şəhər stadionunda baş tutacaq qarşılaşma rəqiblər arasında 6-cı duel olacaq. “Qarabağ” bunadək keçirilən 5 oyunun hamısında qalib gəlib. Xal itirməyən komanda 14 qol vurub və 3-nü buraxıb.

“Qarabağ” son üç duelin hərəsində üç qol vurub. Bu komanda ümumiyyətlə hər görüşdə 2 və ya daha çox qola imza atıb.

3-cü dəfə “Turan Tovuz”un qonağı olacaq “Qarabağ” səfərdəki qarşılaşmalıda 5 qol vurub. Meydan sahibləri əvvəlki iki matçda 2 dəfə fərqlənib.

Tovuz şəhər stadionunda keçiriləcək matç saat 18:30-da başlayacaq.

20.10.2022. Qarabağ – Turan Tovuz – 3:0
09.11.2022. Turan Tovuz – Qarabağ – 0:2
25.01.2023. Turan Tovuz – Qarabağ – 2:3
28.05.2023. Qarabağ – Turan Tovuz – 3:1
13.08.2023. Qarabağ – Turan Tovuz – 3:0

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp