İtaliya A Seriyasına vəsiqə qazanan “Komo” heyətini gücləndirməkdə davam edir. Debütant təcrübəli futbolçuları transfer etməklə elitada yerini qorumaq niyyətindədir.

Futbolinfo.az xəbər verir ki, “Roma”dan Andrea Belottini heyətə qatan klub, indi də Rafael Varanın izinə düşüb. Məşqçi Sesk Fabreqas təcrübəli fransalını razı salmağa çalışır. “Mançester Yunayted”dən azad agent kimi ayrılan mərkəz müdafiəçisi hazırda klub axtarışındadır.

Amma Varanın hədəfi başqadır. Bir sıra Avropa klubundan, Səudiyyə Ərəbistanı təmsilçilərindən dəvət alan müdafiəçinin MLS-ə köçmək imkanı da var. Belə ki, “İnter Mayami”i ulduz transferlərinə məhz onunla davam etmək istəyir. Bu üzdən “Komo”nun arzusuna çatmaq şansı azdır.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp