UEFA Millətlər Liqasında 2-ci tur start götürüb.

Futbolinfo.az xəbər verir ki, millimizin yer aldığı qrupda İsveç növbəti qələbəsini qazanıb.

Skandinaviyalılar öz meydanında Estoniyanı məğlub ediblər.

Avropa çempionu İspaniya səfərdə İsveçrəyə qalib gəlib. “Qırmızı furiya” 4:1 hesabı ilə üstün olub.

Portuqaliya ardıcıl ikinci qələbəsini əldə edib. İlk turda Xorvatiyadan güclü olan portuqaliyalılar bu dəfə Şotlandiyanı evə əliboş yola salıblar.

UEFA Millətlər Liqası
Qrup mərhələsi, 2-ci tur

8 sentyabr

A Liqası, 1-ci qrup

Xorvatiya – Polşa 1:0
Qol: Modriç, 52.

Portuqaliya – Şotlandiya 2:1
Qol: B.Fernandes, 54. Ronaldo, 88 – Maktominey, 7.

Xal: Portuqaliya – 6. Xorvatiya – 3. Polşa – 3. Şotlandiya – 0.

A Liqası, 4-cü qrup

Danimarka – Serbiya 2:0
Qollar: Qronbaek, 36. Poulsen, 61.

İsveçrə – İspaniya 1:4
Qollar: Amduni, 41 – Xoselu, 4. F.Ruis, 13; 77. F.Torres, 80.

Xal: Danimarka – 6. İspaniya – 4. Serbiya – 1. İsveçrə – 0.

C Liqası, 1-ci qrup

Slovakiya – Azərbaycan 2:0
Qollar: Duda, 22-pen. Streleç, 26.

İsveç – Estoniya 3:0
Qollar: Qyokereş, 30; 44. İsak, 40.

Xal: İsveç – 6. Slovakiya – 6. Estoniya – 0. Azərbaycan – 0.

C Liqası, 3-cü qrup

Lüksemburq – Belarus 0:1
Qol: Qromko, 76.

Bolqarıstan – Şimali İrlandiya 1:0
Qol: Despodov, 40.

Xal: Belarus – 4. Bolqarıstan – 4. Şimali İrlandiya – 3. Lüksemburq – 0.

D Liqası, 1-ci qrup

Cəbəllütariq – Lixtenşteyn 2:2
Qollar: Uolker, 8. Skanlon, 90+7 – F.Sağlam, 53. Hasler, 90+14-pen.

Xal: San Marino – 3. Cəbəllütariq – 1. Lixtenşteyn – 1.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp