Bu gün Misli Premyer Liqasında 3-cü tura yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, turun son oyunu “Sabah”la “İmişli” arasında keçirilib.
Paytaxt təmsilçisi debütantı öz meydanında qəbul edib. Qarşılaşma debütantın gözlənilməz qələbəsiylə yekunlaşıb.
Xatırladaq ki, daha öncə keçirilmiş “Sumqayıt” – “Şamaxı” matçında qalib müəyyənləşməyib – 1:1. “Neftçi” “Turan Tovuz”a 0:1 hesabıyla uduzubsa, “Zirə” “Kəpəz”i 5:0, “Araz-Naxçıvan” “Qəbələ”ni 2:1, “Qarabağ” “Karvan-Yevlax”ı 2:0 hesabıyla üstələyib.
Misli Premyer Liqası
3-cü tur
31 avqust
“Sabah” – “İmişli” 0:1
Qol: Abbas Ağazadə, 68.
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Kərim Zeynalov, Vüqar Həsənli.
“Masazır Arena”, 19:30.
Sabah: 92. Stas Pokatilov, 10. Anatoli Nuriyev, 5. Rəhman Daşdəmirov, 6. Abdulla Xaybulayev, 20. Coy Lens Mikels, 18. Pavol Şafranko (k), 40. İqor Noqeyra, 80. Akim Zedadka, 3. Stiv Solvet, 13. İvan Lepinitsa, 11. Kahim Parris.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 72. Rüstəm Samiqullin, 17. Tellur Mütəllimov, 8. Ayaz Quliyev, 2. Amin Seydiyev, 88. Xəyal Əliyev, 77. Nihat Cabbarov, 21. Velko Simiç, 33. Umarali Rahmonaliyev.
Baş məşqçi: Valdas Dambrauskas.
İmişli: 33. Andrey Sinenka, 19. Azər Salahlı (k), 11. Vüsal Qənbərov, 3. Tuncay Yusifli, 94. Rafael Vyeqas, 14. Ronaldo Rodriqes, 6. Yav Mozes, 9. Dioqo Almeyda, 23. Dioqo Rollo, 17. Ezekiel Morqan, 7. Luis Silvestr.
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev, 99. İmam Əli, 21. Abbas Ağazadə, 97. Xəzər Mahmudov, 5. İdris İnqilablı, 44. Həzrət İsayev, 27. Lətif Rzayev, 30. Xəlil Mürsəlli, 10. Nikola Karaklaiç
Baş məşqçi: Xorxe Kaskilya.






