“Sabah” bu il öz iddiası ilə həm çempionatda, həm də kubokda sona kimi gedəcək”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında Elmar Baxşıyev deyib.

Gənc mütəxəssis Azərbaycan Kubokunun 1/4 final mərhələsində baş tutacaq “Qarabağ” – “Sabah” oyunu ilə bağlı gözləntilərini bölüşüb: “Oyunun prinsipial olacağını təxmin etmək mümkündür. Hər iki komandanı çətin iki qarşılaşmanın gözlədiyini vurğulamaq lazımdır. Heyət olaraq da hər iki komanda bir-birindən geri qalmır. Hər iki komandanın mövsümü qızıl dubl və ya bir titulla başa vurmaq ehtimalı var. Bu cütün qalibinin mütləq kuboka sahib çıxacağını demək də olmaz. Həm “Zirə”, həm də “Turan Tovuz” kuboku qazanmaq gücündədirlər. Hesab təxmin etməyi sevmirəm, yaxşı oyun gözləyirəm”.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq.

Shares: